Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə bazarlarında yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarında yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclis bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi qəbul edib.

 

Dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

 

Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

 

Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna da dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən iclasında qəbul olunub. Dəyişikliklə nəzərdə tutulur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin.

 

Maliyyə bazarlarının dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın.

 

Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur.  

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

12.02.2019 11:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ