Ən yuxarı (mobil)-2_30

Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

® Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, korporativ müştəriləri üçün yeni və sərfəli təkliflər təqdim edir.

Reklam_3_11

 

Artıq bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olacaq və yeni tariflər təqdim ediləcək. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri istifadəyə veriləcək və beynəlxalq zənglər üçün bonuslar təqdim ediləcək. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri, həmçinin sərfəli şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilərlər. Qeyd edək ki, internetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə bilər. Beləliklə, “Nar”-ın korporativ müştərisi olmaqla sahibkarlar öz biznes tələblərinə uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər.

 

Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, yüksək nəticələr göstərən korporativ müştəriləri üçün xüsusi hədiyyələr də təqdim edəcək. Qeyd edək ki, mobil operator korporativ müştəriləri üçün hər zaman vaxt ayırır və onlarla mütəmadi görüşlər keçirir. Görüş zamanı korporativ müştərilərə mobil operatorun yeni imkanları, təklifləri barədə məlumat verilir və əlaqələr gücləndirililir. “Nar” növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib. 

 

“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

12.02.2019 12:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ