"OPEC yeni hasilatın azaldılması qərarı verə bilər" - NEFT BAHALAŞIR


Əlcəzairin energetika naziri Mustafa Guitouni, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) növbəti iclasda yeni hasilatın azaldılması qərarı verə biləcəyini deyib.
 

"Marja" xəbər verir ki, Guitouni, neft bazarlarının indilərdə sabitlik qazanmaqda olduğunu, ancaq Liviya və Venesuelanın hələ də bazar sabitliyi üçün təhlükə yaratdığını qeyd edib.

 

Açıqlamadan sonra neft qiymətləri yüksəlib. Bakı vaxtı ilə saat 16:30-da Brent nefti 2,3% bahalaşma ilə 62,90 dollardan alıcı tapıb. 

 

OPEC və Rusiya daxil bir sıra tərəfdaşları artıq qlobal neft təklifini azaltmaq üçün 2019-cu ilin əvvəlindən neft hasilatlarını gündəlik 1,2 milyon barel azaldırlar. Müqavilənin müddəti 6 aydır.

12 Fevral 2019 , 16:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin