Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yüksək Texnologiyalar Parkında zirehli jiletlər və aksesuarlar istehsal olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yüksək Texnologiyalar Parkında zirehli jiletlər və aksesuarlar istehsal olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Buta Armor” şirkəti tərəfindən zirehli jiletlərin və aksesuarların istehsalı ilə əlaqədar müzakirələr aparılıb.

 

AMEA-dan bildirilib ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov 2018-ci il oktyabrın 22-də Nazirlər Kabineti tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə zirehli jiletlərin və aksesuarların istehsalı ilə məşğul olmağa xüsusi icazə verildiyini bildirib.

 

İclasda məlumat verilib ki, istehsal sahəsinin və ofis binasının eskiz layihəsi, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə daxil olan ərazi planlaşdırılması, eləcə də şəhərsalma əsaslandırılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Sənədlər toplusu Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qısa müddətdə təsdiqlənib. Beləliklə, istehsal sahəsinin inşası prosesi ilə bağlı bütün təşkilati işlər tamamlanıb.

 

Bu, AMEA alimlərinin respublikanın hərbi və müdafiə qüdrətinin yüksəldilməsinə yönələn davamlı töhfələrindəndir. Burada istehsal olunacaq zirehli jiletlər qoruma keyfiyyətinə görə dünyada üçüncü, Avropada isə birinci yerdədir.

12.02.2019 14:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ