Dövlət istiqrazları üzrə hərrac keçirildi - NƏTİCƏSİ

12 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002759 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.2062  AZN (9.0000%) və 100.3638  AZN (7.8000%) olan 10 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0181  AZN (7.99%), orta ölçülmüş qiyməti 100.0442 AZN (7.9756%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 milyon 610 min 400 manat yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  09.02.2021-ci il.

 

Hərrac iştirakçıları 13 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

12 Fevral 2019 , 17:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin