Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İlk plenar iclas keçirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk plenar iclas keçirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu il fevral ayının 13-də Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi” layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə qeyd edilən layihənin icrası çərçivəsində ilk plenar iclas keçirilir.

 

İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyətliliyi, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və  bir sıra digər  məsələlər müzakirə ediləcəkdir.

 

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyəti iştirak edir.

 

Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqi barədə daha ətraflı məlumatla qeyd edilən linkdə- https://oilfund.az/fund/relations/b tanış olmaq olar.

 

 

13.02.2019 08:22

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ