Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

2210 yanğın - 83 ölü, 15,8 milyon manat maddi ziyan

iç səhifə xəbər başlığı altı (mobil)_31
2210 yanğın - 83 ölü, 15,8 milyon manat maddi ziyan
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkədə 2210 yanğın hadisəsi qeydə alınmışdır ki, bu da 2017-ci ilin göstəricisindən 4,0 faiz çoxdur. Yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olmuş, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olmuş və 15,8 milyon manat məbləğində maddi ziyan vurulmuşdur. 

 

Reklam_3_11

Hesabat dövründə qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insanın sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş vermişdir.

 

Ötən il ərzində qeydə alınmış yanğınların 70,7 faizi yaşayış, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2 faizi istehsal obyektlərində, 0,5 faizi anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş vermişdir.  

13.02.2019 08:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ