Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı - ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı - ARTIB

2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

"Marja" BP- Azərbaycan şirkətinin hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 86 nəfər artıb.

 

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər idi. 

 

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. 

 

"BP çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir",- Hesabatda deyilir.

13.02.2019 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ