Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“KamAZ” Azərbaycanda texnika və kommunal avtomobillər istehsal edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“KamAZ” Azərbaycanda texnika və kommunal avtomobillər istehsal edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqinlə görüşüb.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. 

 

Ş.Mustafayev bir neçə gün öncə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə “Qaz” avtomobillərin istehsalı zavodunun təməlinin qoyulduğunu, Gəncə Avtomobil Zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı məsələsinin müzakirə edildiyini diqqətə çatdırıb.

 

Qeyd edilib ki, 2015-ci ilin fevralında “KamAZ” ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə uyğun olaraq, Gəncə Avtomobil Zavodunda “KamAZ” avtomobillərinin yığımı həyata keçirilir.

 

Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı olaraq inkişaf etdiyini vurğulayan Ş.Mustafayev əməkdaşlığın inkişafı üçün potensialı qeyd edib.

 

S.Koqoqin “KamAZ” avtomobillərindən hazırda dünyanın 80-dən çox ölkəsində istifadə edildiyini, MDB ölkələrində “KamAZ”ın 40-dan artıq servis xidmətinin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan bazarının əlverişli olduğunu diqqətə çatdıran S.Koqoqin qeyd edib ki, “KamAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. Bundan başqa, yeni nəsil “KamAZ” avtomobilləri üçün Bakıda və regionlarda servis xidməti yaradıla bilər.

 

Görüşdə əməkdaşlığın genişləndirilməsi, bir sıra ehtiyat hissələrinin Azərbaycanda istehsalının təşkili imkanları müzakirə edilib.

13.02.2019 15:56

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ