Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr -100 MİN ŞÜŞƏ ŞƏRAB....

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr -100 MİN ŞÜŞƏ ŞƏRAB....
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məlumat verildiyi kimi, Azərbaycan məhsulları Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, artıq sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.

 

Belə ki, Azərbaycanın “Azhazelnut” şirkəti 21 ton fındığın, “A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. “Cəlilabad Şərab-2” şirkəti isə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.

 

Bundan başqa, Azərbaycanın “Gilan Agro and FMCG Group” şirkəti konserv məhsullarının, “Cuve” şirkəti fındığın, “Aznar” şirkəti nar şirəsinin, “D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, “Tac” şirkəti sərinləşdirici içkilərin, “Buta Agro” şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.

 

“Prodexpo 2019” beynəlxalq ərzaq sərgisi fevralın 15-ə kimi davam edəcək.

14.02.2019 06:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ