Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Onlayn kassa aparatlarını satan şirkət tender ilə seçiləcək?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Onlayn kassa aparatlarını satan şirkət tender ilə seçiləcək?

Yeni nəsil nəzarət-kassa aparatlarının (onlayn kassa) satışı ilə müəyyən edilmiş tələblərə cavab verən istənilən hüquqi şəxs bu fəaliyyətlə məşğul ola biləcək, bunun üçün ayrıca tender keçirilməyəcək. 

 

"Marja" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin Onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəhbəri Zaman Məmmədov bildirib. 


Zaman Məmmədov qeyd edib ki, həmin şəxslərin təklif etdiyi nəzarət-kassa aparatlarının da tələb olunan meyarlara cavab verməsi vacibdir: "NKA operatorlarının siyahısı Vergilər Nazirliyinin e-kassa.gov.az saytında yerləşdiriləcək. Kassa aparatlarının əldə olunması üçün həmin operatorlara müraciət etmək kifayətdir. Operator vergi orqanında kassanın qeydiyyatını keçirərək nəzarət mexanizmi qurğusu ilə təchiz olunmuş kassa aparatını sahibkarlara təqdim edəcək".


Zaman Məmmədov bildirib ki, 2019-cu ilin ikinci rübündən etibarən kassa aparatlarının qeydiyyatını yalnız yeni qaydalar üzrə aparmaq mümkün olacaq: "Bunun üçün proqram kassa sisteminin operatoruna (NKA operatoru) müraciət etmək lazım gələcək. NKA operatoru Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən və nazirlik tərəfindən qeydə alınmış hüquqi şəxslərdir. Belə tələblərə hüquqi şəxsin proqram təminatlı kassalara servis-texniki xidmət göstərmək bacarığına malik əməkdaşlarının, bu cür xidmət üçün texniki filial və məntəqəsinin olması və s. aiddir. Onlar dövlət reyestrində sadalanan kassa sistemlərinin paylanılması və texniki xidmətin göstərilməsi hüququna malikdirlər".

14.02.2019 07:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ