Qida məhsullarının yığışdırılması və məhv ilə bağlı yeni mexanizm yaradılacaq"
"Obyektlərin qeydiyyatı ilə yanaşı, bəzi növ məhsullar, o cümlədən qida və yem əlavələri, bioloji aktiv qida maddələri, qida ilə təmasda olan qablaşdırma materialları, xüsusi növ qida məhsulları, təbii mineral sular məhsul kimi dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalına, idxalına və dövriyyəsinə icazə veriləcək".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Sədr qeyd edib ki, yalnız ixrac olunan məhsullara qida təhlükəsizliyi və ya sağlamlıq sertifikatı veriləcək: "İdxalçı ölkələr tələb etdiyi halda (məsələn, Avropa İttifaqı) ixrac olunan məhsulların baytarlıq və qida təhlükəsizliyi tələblərinə uyğunluğu bir sənəddə ehtiva olunan vahid sağlamlıq sertifikatı veriləcək. Bu isə sahibkarların xərclərinin azalmasına imkan yaradacaq".
Q.Təhməzli əlavə edib ki, qida və yem məhsullarının qida zənciri boyu izlənməsi və effektiv nəzarətinə imkan verən barkodlaşdırma sistemi yaradılacaq.
O həmçinin vurğulayıb ki, qida və yem məhsullarına dövlət nəzarəti risk əsasında və sahəyə məxsus xüsusiyyətlər nəzərə alınmaqla aparılacaq: "İdxal olunan qida və yem məhsullarına beynəlxalq təcrübə əsasında mallar sərbəst dövriyyəyə buraxılmamışdan əvvəl qida təhlükəsizliyi nəzarəti həyata keçiriləcək və yalnız bu nəzarətdən keçən məhsullar dövriyyəyə buraxılacaq".
Agentlik sədri deyib ki, təhlükəli qida məhsullarının geri çağrılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi ilə bağlı yeni mexanizm formalaşdırılacaq: "Qida məhsullarının təhlükəsizliyi ilə yanaşı onların keyfiyyətinə istehlakçıların hüquqlarının qorunması baxımından nəzarət həyata keçiriləcək. Qida təhlükəsizliyi ilə bağlı böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək".
Qeyd edək ki, yeni qanun layihəsi AQTA mütəxəssisləri tərəfindən Ümumdünya Ticarət Təşkilatının müvafiq sazişləri və Avropa İttifaqının reqlamentləri nəzərə alınmaqla hazırlanıb. Sənəd daha sonra Avropa İttifaqının, Beynəlxalq Maliyyə Korporasiyasının, FAO və Dünya Bankının mütəxəssislərinə göndərilib, onların rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
9 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
10 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
10 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl