Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sənaye Sığorta şirkəti Vergilər tərəfindən yüksək statusa layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənaye Sığorta şirkəti Vergilər  tərəfindən yüksək statusa layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sənaye Sığorta şirkəti növbəti uğura imza atıb.

 

1996-cı ildən fəaliyyət göstərən şirkət Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “Partnyor vergi ödəyicisi statusu”na layiq görülüb.

 

 Azərbaycan Sənaye Sığorta Şirkəti bu statusu Vergilər Nazirliyinin əmri ilə mühasibət və vergi sahəsindəki şəffaf fəaliyyəti nəticəsində əldə edib.

 

Qeyd edək ki, 2012–ci ildən etibarən İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilən və icbari sığorta növləri üzrə fəaliyyət göstərməsinə icazə verilən “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərir.

 

“Azərbaycan Sənaye Sığorta” ölkədə fəaliyyət göstərn fermerləri də yaxından dəstəkləyir. Belə ki, “Azərbaycan Sənaye Sığorta”ASC 2017-ci ilin fevral ayında Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə son üç ilin ən böyük sığorta ödənişini həyata keçirib. Belə ki, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində ciddi ziyan dəyib. 62 fermerin əkdiyi şəkər çuğundurunun 481 hektarlıq sahəsinə dəymiş zərər üçün ümümilikdə 205 392 manat sığorta ödənişi verilib.

 

Məlumat üçün bildirək ki, artıq beş ildir ki, Şirkət Kənd təsərrüfatı bitkilərinin sığortası ilə məşğuldur. 2017-ci ildə də Kənd təsərrüfatı bitkilərinin sığortasında ciddi nəticələrə, irəliləyişlərə nail olmaq şirkətin əsas hədəflərindəndir.

01.03.2017 15:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ