Ən yuxarı statik reklam-3_3

"Azərbaycanda nələrin əkildiyini izləyə biləcəyik" - YENİ SİSTEM

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda nələrin əkildiyini izləyə biləcəyik" - YENİ SİSTEM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib.

 

Təqdimat nazir müavini İlhamə Qədirovanın iştirakı ilə baş tutub.

 

O, qeyd edib, sistem bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir: “Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.

 

Nazir müavininin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sektorun digər dövlət qurumları ilə əlaqəli şəkildə inkişafına kömək edəcək.

 

KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, fermerlər yeni sistemdə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yarada biləcəklər: “Fermer torpaq sahəsini, əkəcəyi məhsulu, gözlədiyi məhsuldarlıq göstəricisini qeyd edəcək. Ölkə üzrə 400 min fermer məlumatlarını daxil etdikdən sonra biz biləcəyik ki, Azərbaycanda nə əkilir".

 

Bundan başqa, V.Hüseynovun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək: “Sistemin gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın yaradılması imkanları var. Bu sistem vasitəsilə vətəndaşlar subsidiya üçün də müraciət edə bilərlər”. 

 

Nazirlik rəsmisi qeyd edib ki, sistemdə qeydiyyatdan keçmək üçün "play market"dən" e-agro"nu yükləmək lazımdır. 

 

"Bundan başqa, əgər fermer qeydiyyatdan keçə bilmirsə, Şəkidə və Qubadakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) "Fermerlərin qeydiyyat pəncərəsi " olacaq, faydalana bilərlər. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi üçün ilkin olaraq həmin rayonlar seçilib", - o qeyd edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

14.02.2019 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ