Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“DOST İş Mərkəzi”nə “Kapital Bank” tərəfindən xidmət göstəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DOST İş Mərkəzi”nə “Kapital Bank” tərəfindən xidmət göstəriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“DOST İş Mərkəzi” MMC icarə haqqının ödənilməsinə və əməkdaşların əmək haqqı kartlarına bank xidməti göstərilməsinə 137 min 313,6 manat yönəldiləcək.

 

www.tender.gov.az saytında yerləşdirilən materiallara əsasən “DOST İş Mərkəzi” MMC 2019-cu il yanvarın 30-da “Lukoil-Azərbaycan” QSC ilə icarə müqaviləsi bağlayıb. Müqavilənin dəyəri 77 min 313,6 manatdır.

 

Bundan başqa, “DOST İş Mərkəzi” cəmiyyətin əməkdaşlarına əmək haqqı kartlarını verəcək və xidmət göstərəcək bankı müəyyən edib. Bunun üçün fevralın 7-də "Kapital Bank" ASC ilə 60 min manat dəyərində müqavilə bağlanılıb.

 

Xəbər verildiyi kimi, 2019-2025-ci illərdə Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində 31 DOST mərkəzi yaradılacaq.

 

DOST mərkəzlərində vətəndaşlara 124 adda xidmət göstəriləcək.

 

İlk DOST mərkəzi 2018-ci ilin dekabr ayında Bakının Yasamal rayonunda açılıb. Bu il daha 3 DOST mərkəzinin açılması planlaşdırılır.

14.02.2019 09:12

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ