Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın sığorta bazarının lideri 8 yaşını qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın sığorta bazarının lideri 8 yaşını qeyd edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycanın sığorta bazarının lideri olan "PAŞA Həyat Sığorta" şirkəti yaranmasının 8 illiyini qeyd edir.


 

Reklam_3_11

"PAŞA Holding" şirkətlər qrupuna daxil olan "PAŞA Həyat Sığorta" şirkəti 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub. Şirkət Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

 

Yaranmasından az müddət - 8 il keçməsinə baxmayaraq, şirkət düzgün strateqiya tətbiq etməsi nəticəsində öz yüksək inkişafı ilə sığorta bazarının lider şirkətləri sırasına qatılıb. Fəaliyətinin 8 ili müddətində şirkət nizamnamə kapitalını artırıraraq 40,250 mln. manata çatdırıb. Məhz bu inkişafın nəticəsi olaraq, "PAŞA Həyat" kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

 

Biznes göstəricilərinə gəldikdə isə, həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan "PAŞA Həyat" 2018-ci il ərzində 264,988 mln. manat həcmində sığorta haqqı ilə ölkə sığorta sirkətləri sırasında ilk yerdə qəraralaşıb. Qeyd olunan dövr ərzində şirkət 71 mln. manat həcmində sığorta ödənişləri həyata keçirib.

 

Ötən 8 il müddətində "PAŞA Həyat" uğulu fəaliyyəti nəticəsində bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. Fəaliyyətinin ilk illərindən başlayaraq həyata keçirdiyi sosial layihələr sayəsində "PAŞA Həyat" ictimai əhəmiyyətli qurum imicini qazanıb.

 

Hazırda "PAŞA Həyat" öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta", geri ödənişli "pulum gəlsin",  "davamlı təhsil"  və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 

"PAŞA Həyat" şirkətini təbrik edir, uğurlarının bu il də davamlı olmasını arzulayırıq!

14.02.2019 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ