Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft, Səudiyyənin hasilatı azaldacağı xəbəri ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, Səudiyyənin hasilatı azaldacağı xəbəri ilə bahalaşır

Səudiyyə Ərəbistanının və Venesuelanın ixracının azalması, həmçinin Səudiyyə Ərəbistanının hasilatını daha da azaldacağını açıqlaması, ABŞ və Çin arasında ticarət müharibəsinin dayanacağı gözləntisi ilə neft qiymətləri yüksəlir. 
 

"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, Səudiyyə Ərəbistanı keçən həftə ABŞ-a gündəlik 415 min barel olmaqla tarixinin ən aşağı ixracını edib, Venesuelanın ixrac rekord səviyyəyə geriləyib.Səudiyyə Ərəbistanının ixracının azalması ilə ABŞ-ın neft ehtiyatlarının azalacağı gözlənilir. 

Reklam_3_11

 

Digər tərəfdən, ABŞ-da neft ehtiyatları ötən həftə də artaraq ardıcıl dördüncü həftədə artıb və 2017-ci ilin sonlarından bu yana ən yüksək səviyyəsinə qalxıb.
 

Bu həftə Səudiyyə Ərəbistanının energetika naziri, ölkəsinin Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) müəyyən etdiyi miqdardan daha çox hasilatını azaldacağını açıqlayıb.

 

ABŞ Prezidenti Donald Tramp Çin mallarına gömrük tariflərinin artırılacağı tarixi daha irəli çəkəcəyini açıqlayıb. Bu açıqlama ABŞ Prezidentinin ticarət müqaviləsi məsələsində istəkli olduğuna işarədir. Bu da neftə tələbi yaxşılaşdıracaq bir amildir. Əgər ticarət müharibəsi şiddətlənərsə qlobal iqtisadi inkişaf ləngiyər və neftə tələb azalar. Neftə tələbin artması üçün qlobal iqtisadi artımın sürətlənəsi lazımdır. 

 

Bakı vaxtı ilə saat saat 12:40-da Brent nefti 1,6% bahalaşma ilə 64,62 dollardan alıcı tapıb. 

14.02.2019 09:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ