Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AzerTelecom”un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerTelecom”un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

(®) Azərbaycanı beynəlxalq İnternet şəbəkəsinə bağlayan magistral (backbone) İnternet provayderi AzerTelecom şirkətinin iştirakı ilə STEP Kompüter Akademiyasında “Beynəlxalq Təhlükəsiz İnternet Günü”nə həsr olunan tədbir keçirilib.

 

Reklam_3_11

Tədbir ölkəmizdə İnternetin təqdimi və İnternet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub, İnternet, onun yaranması, qlobal şəbəkədə təhlükəsizlik, istifadəçilərin üzləşdikləri əsas təhdidlər və s. kimi mövzularda faydalı müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən "AzerTelecom" şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev qlobal İnternet şəbəkəsinin yaranması, mövcud texniki göstəricilər, Azərbaycanın İnternet şəbəkəsinə qoşulması və bu prosesdə magistral provayder "AzerTelecom" şirkətinin rolu, internetin gələcəyi kimi mövzulara toxunub.

 

Hazırda qlobal internet istifadəçilərinin sayının ümumilikdə 4 milyardı ötdüyünü, Azərbaycanın MDB məkanında İnternetin əhatə olunması, yayımına görə ilk yerdə (79%) olduğunu qeyd edən Samir Nuriyev internetin gələcəyi barədə danışaraq 2020-ci ildə 5 milyarddan çox insanın İnternetdən istifadə edəcəyini, qlobal şəbəkədən istifadədə ən böyük artımın inkişaf etməkdə olan ölkələrdə olacağını, Bulud texnologiyaların daha da inkişaf edəcəyini, Əşyaların İnternetinin (IoT) İnternet haqqında təsəvvürü dəyişəcəyini və gələcəkdə İnternetin bir ekologiya dostu olacağını bildirib.

 

Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində İnternetin distribusiyası, simli və simsiz İnternet növləri, şəbəkələr, sistem inzibatçılığı, sosial mühəndislik və fişinq hücumlarına qarşı təhlükəsizlik və s. barədə danışaraq öz təcrübələrini bölüşüblər.

 

Beynəlxlaq Təhlükəsiz İnternet Günü (“Safer Internet Day - SID”) hər ilin ikinci ayının ikinci həftəsinin ikinci günü qeyd edilir. Bu əlamətdar hadisə 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

 

Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan  "AzerTelecom" 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. "AzerTelecom" internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

14.02.2019 12:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ