Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Təqaüd yerlərinin sayı 16 min artırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təqaüd yerlərinin sayı 16 min artırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezident İlham Əliyev "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" sərəncam imzalayıb.

 

Sərəncam ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə qərara alınıb. 

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək.

 

Xəbər verdiyimiz kimi, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri artırılıb və aşağıdakı məbləğlərdə müəyyən edillib: 

 

1.Doktorantura pilləsi üzrə:

-elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

-fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

 

2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

-adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

-akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

-akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

-akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

-akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

-akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

-akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

 

3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

 

4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

 

Prezidentin digər bir Sərəncamı ilə, Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata qaldırılıb.

 

Sərəncamlar 2019-cu il martın 1-dən qüvvəyə minir.


 

İndiyədək təqaüdlər aşağıdakı məbləğlərdə idi:

 

1. ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

 

2. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat.

14.02.2019 14:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ