Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir nəfər tutuldu
Qaradağ rayonunda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Marja-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında “Sədərək” Ticarət Mərkəzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayon sakini Bəxtiyar Mahmudov 5 min ABŞ dollarını 9225 manata satan zaman saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən əlavə olaraq 12 min 360 ABŞ dolları və 49 min 453 manat məbləğində pul vəsaiti aşkar olunub.
İlkin dindirmə zamanı saxlanılan şəxs qeyd edilən ticarət mərkəzində qanunsuz olaraq səyyar şəkildə valyuta mübadiləsi ilə məşğul olduğunu bildirib.
Qeyd edilən faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Qeyri-qanuni valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
14 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 15 saat əvvəl
-
15 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 15 saat əvvəl
-
18 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 18 saat əvvəl
-
18 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
18 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir