Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da xam neft ehtiyatları rekord səviyyəyə yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları rekord səviyyəyə yüksəlib

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,5 milyon barel (0,3 faiz) artımla 520,2 milyon barelə çatdığını açıqlayıb. Beləliklə ehtiyatlar, məlumatların yayımlanmağa başladığı 1982-ci ildən bu yana ən yüksək səviyyəsinə çatıb.


 
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 3,1 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 0,6 milyon barel artım göstərmişdi.


 
 ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək, sözügedən həftə 695,1 milyon barreldə qalıb.


 
Bu dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 31 min barel artımla 9,03 milyon barelə yüksəlib.


 
Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 303 min barel artımla 7,59 milyon barelə çatıb.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftə 0,5 milyon barrel (0,2 faiz) azalaraq 255,9 milyon barrel olub. Bazar gözləntisi 1,8 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,6 milyon azalmışdı.


 
Həftəlik xam neft ehtiyatlarının artım göstərməsinin ardından, qlobal bazarlarda neftin qiymətlərində azalma görülüb.


 
ABŞ-da Qərbi Texas tipi xam neftin barrel qiyməti 53,70 dollara, London Brent növü neftin barrel qiyməti də 56,29 dollara qədər geriləyib.

02.03.2017 05:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ