Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rəsmi məzənnə ilə bankların məzənnələri arasında fərq 0.1% - 0.2% olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rəsmi məzənnə ilə bankların məzənnələri arasında fərq 0.1% - 0.2% olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilmişdir. Valyuta hərracları həftədə iki dəfə keçirilmiş, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilmişdir. 2018-ci ildə Mərkəzi Bank ümumilikdə 101 valyuta hərracı keçirmişdir.

 

"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir.

 

2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.

 

İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7000 manat təşkil  etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olmuşdur. İl ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6965, satış məzənnəsi isə 1.7023 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.2% (0.0035 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0023 manat) olmuşdur.

15.02.2019 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ