Mobil manşet üstü reklam_21

Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur.

 

Reklam_3_11

Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün  “Barama İnkubasiya Proqramına” start verir. Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri, Sığorta Həlləri (İnsurtech), Səyahət və Turizm ( TravelTech), Proqram təminatı xidmət kimi (SaaS) layihələrinə daha çox üstünlük veriləcək.  

 

Barama İnkubasiya Proqramına müraciət etmək üçün https://gate.barama.az/registration.php

 linkinə daxil olaraq onlayn surətdə müraciət formasını doldurmaq tələb olunur. Müraciətlər 15 Mart, 2019-cu il tarixinə qədər qəbul ediləcək. Onlayn müraciəti tamamladıqdan sonra təqdim olunan layihə Barama heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun gələn komandalar seçimin ikinci mərhələsi olaraq biznes planları ilə birgə layihələrini əyani formada təqdim etmək üçün Mart ayı ərzində ofisə dəvət olunacaqlar. İkinci seçim mərhələsini də uğurla keçmiş komandaların adları açıqlandıqdan sonra həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. Layihə haqqında daha ətraflı məlumatı www.barama.az saytından əldə etmək olar.

 

Mərkəz yarandığı vaxtdan etibarən startaplara dəstək olmuş, Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra böyük tədbirlərə ev sahibliyi etmiş, müxtəlif layihələr həyata keçirmişdir. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

15.02.2019 08:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ