Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti (SŞ) 2018-ci ilin ikinci yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.

 

Şirkətin yaydığı məlumatda bildirilir ki, “Atəşgah” Sığorta Şirkətinin ötən ilin son altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 23 443,40 AZN təşkil edib. Sığorta olunan Türkiyədə səfərdə olarkən aquaparkda yıxılaraq onurğa sümüyünü sındırıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də gediş-dönüş sənədində nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədiyi üçün vətənə xüsusi şəraitdə (xərək və ailə üzvünün müşayiəti ilə) geri qayıtmasına çəkilən xərclər ödənilmişdir.

 

“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən ikinci iri ödənişin məbləği 7 427,30 AZN təşkil edib. Sığorta olunan Türkiyəyə etdiyi səfərin son günü geri qayıdarkən hava limanında yıxılmış və nəticədə ayaq sümüyü sınmışdır. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də vaxtında səfərdən geri qayıda bilmədiyi üçün vətənə geri qayıtmasına çəkilən xərclər ödənilmişdir. Hadisə ilə əlaqədar həmçinin, sığorta olunanla birlikdə səfər edən ailə üzvlərinin nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədikləri üçün vətənə geri qayıtmalarına çəkilən xərclər ödənilmişdir.

 

Şirkət tərəfindən səyahət sığortası üzrə ödənilən növbəti iri məbləğ 6 510,78 AZN olub. Sığorta olunan İsveçrə Konfederasiyasında səfərdə olduğu zaman səhhətində yaranan kardioloji şikayətlər səbəbindən tibb müəssisəsinə aparılıb. Sığorta olunanın terapevtik müalicəsinə çəkilmiş xərclər Sığortaçı tərəfindən həyata keçirilib.

 

Ümumilikdə 2018-ci ildə “Atəşgah” SŞ - nin səfər sığortası üzrə ödənişlərinin ümumi həcmi 500 min AZN çox təşkil etmişdir.  

15.02.2019 09:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ