Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Dərhal bizə məlumat verin. Əks halda..." - AGENTLİKDƏN XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dərhal bizə məlumat verin. Əks halda..." - AGENTLİKDƏN XƏBƏRDARLIQ

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. 

 

Reklam_3_11

Agentlikdən "Marja"ya daxil olan müraciətdə bildirilir ki, Azərbaycanda istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunan pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

 

Məlumata görə, agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında  Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

 

"Əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə agentliyə məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək", -deyə agentlikdən bildirilib. 

15.02.2019 12:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ