Ən yuxarı statik reklam_3

Dubayda əmlak qiymətləri sürətlə düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dubayda əmlak qiymətləri sürətlə düşür

Dünya varlılarının əmlak investisiyaları üçün ən çox üstünlük verdiyi yerlərdən biri olan Dubayda əmlak qiymətləri sürətlə düşür.


 

"Marja" Əmlak məsləhət şirkəti "Knight Frank"ın yaydığı hesabata istinadən xəbər verir ki, Dubay son iki ildə qiymətlərin ən çox düşdüyü əmlak bazarı olub. 2015-ci ildə ən yüksək səviyyəyə qalxan qiymətlər o zamandan bu yana 25 faiz geriləyib.
 

Hesabata görə, neft qiymətlərinin düşməsi, ətraf ölkələrdə valyutaların dəyər itirməsi və Yaxın Şərqdə baş verən geosiyasi gərginliklər qiymətlərin düşməsinin əsas səbəbləridir.
 

Tikinti sektoru, Dubay iqtisadiyyatında "açar" rola malik olduğu üçün qiymətlərin süquta keçməsi şəhərin maliyyə sektoruna da çox mənfi təsir edir.
 

Dubay Avropa, Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin sərvətlərini cəlb etmək üçün daim yeni tikinti layihələri aparmağı bir strategiya kimi müəyyən etmişdi.
 

Şəhər hələ də aktiv olaraq çalışan 1200 kran ilə dünyanın ən böyük tikinti meydanşalarından biridir, ancaq, bu vəziyyət tələbatdan çox olan mənzil və ofis tikintisinə səbəb olaraq qiymətlərin daha da düşməsinə təzyiq göstərir.
 

"Jones Long LaSalle"in proqnozuna görə, bu il Dubayda 31,000 yeni mənzil tikintisi başa çatacaq, ancaq yetərli sayda alıcı yoxdur.
 

Qiymətlərdəki tənəzzül meyli böyük layihələrdə çox daha aydın görünür. Dünyanın ən yüksək binası olaraq məşhurlaşan Bürc Xəlifədə tək otaqlı studia mənzil 2014-cü ildə 1 milyon dollara alıcı taparkən, bu gün 550 min dollara satışa çıxarılır.
 

Dubay sahili ortalarında 300 süni ada yaradılması ilə başlayan "The World" adlı layihədə yalnız bir adanın üzərində tikinti aparılıb. Palma şəklində yaradılan süni adalarlarda da tikinti işləri dayandırılıb.

15.02.2019 13:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ