Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

İki rayonda meliorasiya işləri üçün 30 milyon manat ayrıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki rayonda meliorasiya işləri üçün 30 milyon manat ayrıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir ki, son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradıb. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təminatında xarici bazardan asılılığın azaldılmasına, ixracyönümlü məhsulların istehsal həcminin artırılmasına və bununla da regionların davamlı inkişafına nail olunub.

 

Görülən işlərin davamı olaraq, Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında meliorativ tədbirlər layihəsi çərçivəsində son iki il ərzində az məhsuldar qış otlaqlarında aparılmış meliorasiya işləri nəticəsində 15950 hektar, o cümlədən Sabirabad rayonunda 14319 hektar və Biləsuvar rayonunda 1631 hektar əraziyə suvarma suyu çatdırılıb.

 

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

15.02.2019 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ