Çin/Xi: Ticarət danışıqlarında irəliləyiş əldə olunub
Çin dövlətinin başçısı Xi Jinping (Si Cinpin), ABŞ ilə ticarət danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib.
"Marja" xəbər verir ki, Xi Jinping, ABŞ ilə Çin arasındakı ticarət danışıqlarının gələn həftə Vaşinqtonda davam edəcəyini deyib.
Xi, "Xinhua News Agency"ə verdiyi müsahibəsində, "İki tərəf arasındakı müzakirələrdə əhəmiyyətli irəliləyiş qeydə alınıb. Gələn həftə tərəflər Vaşinqtonda görüşəcəklər" deyib. O, hər iki tərəfə də fayda verəcək bir "qazan-qazan" müqaviləsinin olacağına ümid etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp ilə "yaxşı bir iş əlaqəsinə" çox yüksək qiymət verdiyini vurğulayan Xi, onunla müxtəlif yollarla ünsiyyətdə qalmaq istədiyini vurğulayıb.
Xi, "Çin, ikitərəfli iqtisadi münaqişələri əməkdaşlıqla həll etmək və iki tərəfin də qəbul edə biləcəyi bir müqavilə üçün istəklidir, amma əməkdaşlığın da prinsipləri var",- deyib.
Çin dövlətinin başçısının açıqlamasından sonra neft qiymətləri yüksəlib. Brent neftinin qiyməti 65 dolları da keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. əvvəl
- 19 d. əvvəl
- 42 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl