Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Marketinq və PR şirkəti 1 yaşını qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Marketinq və PR şirkəti 1 yaşını qeyd edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 Mart 2016-cı il tarixində fəaliyyətə başlamış “Apamark” Marketinq və PR şirkəti bir yaşını qeyd edib.

 

Reklam_3_11

Şirkət rəhbəri Ceyhun Fərzəliyev bildirilib ki, şirkət ilk bir il üçün qoyduğu hədəflərinə nail olduqlarını qeyd edib. "Biz, güclü  insan resurslarımızdan və texniki bazamızdan istifadə edərək növbəti illər ərzində Azərbaycanda fəaliyyət göstərən müxtəlif istiqamətli şirkətlər üçün fərdi marketinq həll yolları təqdim etməyi hədəfləyirik. Bu uğurun arxasında böyük bir komanda işi durur"

 

15-ə yaxın şirkətə dəstək oldu

 

1 il ərzində müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 15-ə yaxın şirkətə marketinq və PR xidmətləri göstərməklə onların inkişafına öz töhfəsini verib. Bunların sırasında tikinti materialları sahəsindən tutmuş, tibb sektoruna kimi müxtəlif istiqamətdə fəaliyyət göstərən şirkətlərin adlarını qeyd etmək olar. Hazırda şirkət Gilan Holdinq-in bir sıra portfelləri ilə öz işini davam etdirir.

 

Yeni kadrlar yetişdirəcək

 

Şirkət, ötən il olduğu kimi bu ildə Sosial Media Marketinq, veb saytların dizayn olunması, qrafik dizayn sahələri üzrə peşəkar kadrların yetişdirilməsi istiqamətində işlərini davam etdirəcəyini açıqlayıb.

 

Ödənişli Foto Bank hazırlayır

 

Şirkət yaxın zamanlarda öz saytının nəzdində fəaliyyət göstərəcək Apa Photo Stock bölməsini istifadəyə verməyi planlaşdırır. Bu bölmənin yaradılmasında məqsəd, müştərilərə Azərbaycanın müxtəlif turistik yerlərinin, tarixi abidələrinin, müasir binalarının, bir sözlə fərdi və korporativ müştərilərin öz işlərində istifadə edə biləcəyi fotoları yüksək keyfiyyətli variantını təqdim etməkdir. Hal-hazırda həmin bölmənin yaradılması və şəkillərin qiymətlərinin tənzimlənməsi istiqamətində işlər aparılır.

 

Bazara 5 yeni xidmət təqdim edəcək

 

Şirkət 2017-ci il ərzində bazara 5 yeni marketinq xidməti təqdim etməyi planlaşdırır. Həmin xidmətdən biri olan SEO Analiz xidmətini bir müddət öncə aktiv edən şirkət, bu xidmətin bir çox şirkətlər üçün faydalı olduğunu vurğulayıb. "Artıq bir sıra şirkətlər öz internet səhifələrinin Google SEO Analiz edilməsini və ya yeni internet səhifələrinin SEO yönümlü hazırlanmasını bizə həvalə etməyə başlayıblar".


Qeyd edək ki, Apamark şirkəti müştərilərə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, onlayn və oflayn marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətlər təklif edir. Maraqlananlar, şirkətin xidmətləri ilə ətraflı www.apamark.az saytından tanış ola bilərlər.

 

Xatırladaq ki, "Apamark" şirkəti "APA Holding" MMC yə daxil olan şirkətlərdən biridir.

02.03.2017 07:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ