Ən yuxarı statik reklam_3

İKT Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İKT Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

 

Reklam_3_11

İclasda 2019-cu il üzrə güzəştli kredit, qrant və investisiya fəaliyyəti istiqamətləri üzrə maliyyələşmə və müvəkkil banklarla kredit xətlərinin həcminin müəyyənləşdirilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra hüquqi sənədlərə dəyişikliklərin edilməsi müzakirə olunub.

 

İclasda, həmçinin Fondun investisiya fəaliyyətinin təmin edilməsi üçün “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun investisiya qoyuluşu Qaydaları” ətrafında fikir mübadiləsi aparılıb.

 

Fondun Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını diqqətə çatdırıb.

 

O qeyd edib ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınacağı günədək həm Fond və həm də “Yüksək Texnologiyalar Parkı” öz fəaliyyətini davam etdirəcək.

 

“Bunu nəzərə alaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin əmri ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Bugünkü iclasda da qarşıya qoyulan vəzifələrə dair müzakirələr aparılacaq” – deyə nazir müavini əlavə edib.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Fondun Müşahidə Şurasının tərkibi 4 üzvü müvafiq dövlət orqanlarından, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və 3 üzvü bu sahədə qeyri-hökumət təşkilatlarını təmsil edən 7 üzvdən ibarət tərkibdə formalaşdırılır.

 

İclasın sonunda Müşahidə Şurasının üzvləri tərəfindən yeni təkliflər irəli sürülüb və bir sıra əhəmiyyətli qərarlar qəbul edilib.

15.02.2019 14:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ