Kanada şirkəti qazma qurğusunun ilk hissələrini Azərbaycana gətirib
Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycandakı quru yataqlarda əməliyyatları üçün aldığı “BD-260” qazma qurğusunun ilk hissələrini ölkəyə gətirib.
Bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, hazırda “BD-260” qurğusunun Azərbaycandakı qazma əməliyyatları üçün hazırlıq işləri görülür.
Xatırladaq ki, ötən ilin sentyabrında “Zenith Energy Ltd.” Azərbaycandakı əməliyyatları üçün 1,5 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Şirkətin törəməsi “Zena Drilling Ltd” isə “Robotics” şirkətinin “BD-260” qazma qurğusunu 2,3 milyon avroya alıb. “Zenith Energy” qurğunu “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokda planlaşdırılan qazma işlərini başa çatdırmaq üçün alıb.
Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.
“Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
16 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
18 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl