Mobil manşet üstü reklam_21

Türkiyəyə xəbərdarlıq - "reaksiyalar müvəqqətidir, simptomların yüngülləşdirilməsinə yönəlib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyəyə xəbərdarlıq - "reaksiyalar müvəqqətidir, simptomların yüngülləşdirilməsinə yönəlib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's" (S&P), Türkiyənin kredit reytinqini və proqnozunu təsdiq edib. "Marja" xəbər verir ki, Qurum, Türkiyənin xarici valyutada kredit reytinqini "B+" olaraq təsdiq edib (dəyişməyib). Reytinqin proqnozu da "sabit" olaraq saxlanılıb. İqtisadçılar da S&P-də dəyişiklik gözləmirdilər.
 

S&P, 17 Avqust 2018-ci il tarixində, Türkiyənin xarici valyutada kredit reytinqini, "investisiya edilə bilər" səviyyəsindən dörd pillə aşağı olan "B+" səviyyəsinə endirmiş, proqnozun "sabit" olduğunu açıqlamışdı.
 

Türkiyənin maliyyə və ödənişlər tarazlığı təzyiqlərinə verdiyi reaksiyaların böyük ölçüdə müvəqqəti olduğunu bildirən Agentlik, reaksiyaların əsas iqtisadi zəiflikləri həll etməkdən daha çox simptomların yüngülləşdirilməsinə yönəlmiş olduğunu qeyd edib.
 

Bununla yanaşı, aşağı dövlət borcuna işarə edən kredit reytinqi agentliyi, maliyyə tərəfdə hərəkət sahəsi olduğunu bildirib.
 

S&P, sərt maliyyə şərtləri və yüksək inflyasiyaya işarə edərək Türkiyə iqtisadiyyatının 2019-da 0.5 faiz azalacağını gözləyir.
 

Agentliyin açıqlamasında iqtisadiyyata olan etibarı artıracaq, cari kəsiri azaldıb inflyasiyanı nəzarət altına alacaq şəffaf iqtisadi proqramının həyata keçirilməsi vəziyyətində Türkiyənin reytinqinin qaldırılacağı qeyd edilib.
 

S&P, banklara dair sistematik riskin Türkiyənin maliyyə mövqeyini zəiflədəcək şəkildə artması halında ölkə reytinqinin daha da aşağı salınacağını bildirib.
 

Bundan başqa, Agentlik, iqtisadi geriləmənin qurum proqnozundan aşağı olması halında  reytinqin endirilməsinin mümükün olduğunu qeyd edib. 

16.02.2019 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ