Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Astanada SOCAR və “KazMunayQaz” arasında müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Astanada SOCAR və “KazMunayQaz” arasında müqavilə imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Astanada SOCAR və Qazaxıstanın milli şirkəti “KazMunayQaz” (KMQ) arasında müqavilə imzalanıb.

 

Reklam_3_11

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Tərəflər arasında imzalanan müqavilə “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıda modernləşdirilməsini və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinə cəlb olunmasını nəzərdə tutur.

 

Müqavilə  Qazaxıstanın "KMG Drilling & Services" şirkətinin baş direktoru Andar Şukputov və "Caspian Drilling Company Ltd" şirkətinin baş direktoru Fərid Axundov tərəfindən imzalanıb.

 

İmzalanma mərasimində “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

 

Tərəflər arasında görüşdə neft-qaz sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.

 

“Sətti” üzən qazma qurğusunun modernləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək. Qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunarkən bu prosesdə qazaxıstanlı mütəxəssislər də iştirak edəcək və texniki dəstək göstərəcəklər.

 

Qeyd edək ki, cari ilin yanvarında Bakıda Azərbaycanın SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkətləri anlaşma memorandumu imzalayıblar.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

18.02.2019 06:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ