Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tehranda 180 restoran bağlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tehranda 180 restoran bağlanıb

Ətin və digər ərzaq mallarının bahalaşması ilə əlaqədar son bir neçə ay ərzində Tehranda 180 restoran bağlanıb. “Tasnim” xəbər agentliyi xəbər verir ki, ölkədə inflyasiya və qiymətlərin hər ay yüksəlməsi restoranlara gedənlərin sayının kəskin azalmasına səbəb olub.

 

İran Restoranlar Birliyinin sədri Əli Əsgər Mirrəhimi bildirib ki, yağın, toyuq və mal ətinin, tomat pastasının, dənli və paxlalı bitkilərin qiymətlərinin artması restoran biznesi ilə məşğul olanların işini çətinləşdirib. Ərzaq mallarının topdansatış qiymətlərinin bahalaşması restoranlarda da qiymət artımına səbəb olub ki, nəticədə müştərilərin sayı xeyli azalıb. Tehranda lisenziya ilə fəaliyyət göstərən 700 restorandan 180-i fəaliyyətini dayandırıb. Həmin restoranların sahibləri lisenziyalarının ləğv olunması üçün müvafiq strukturlara müraciət ediblər.

 

Qeyd edək ki, son günlər İranda mal ətinin bir kiloqramının qiyməti 1 milyon rialı (23,8 dollar) ötüb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

18.02.2019 05:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ