Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dolların ucuzlaşması investorların diqqət mərkəzindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların ucuzlaşması investorların diqqət mərkəzindədir

Bu həftə dünya valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən ucuzlaşma, investorların diqqət mərkəzində olacaqdır.


 

Reklam_3_11

EUR

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 2019-ci ilin maksimum səviyyələrinə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. ABŞ iqtisadiyyatına dair fundamental göstəricilərin keçən həftə ərzində mənfi açıqlanması, dolların 0.7% ucuzlaşmasına təsir edib.

 

EUR/USD məzənnəsi də yenidən 1.13$-in üzərində ticarət ediləməkdədir və1.1340$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1362 və 1.1452$-a kimi də bahalaşa bilər.

 

Cümə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonadan inflyasiya ilə bağlı  önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

GBP

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Dünya birjalarında 1.29$-ın üzərində ticarət edilən məzənnə, sözügedən səviyyənin üzərində qaldıqca, 1.30$-a kimi də bahalaşa bilər.

 

Bununla yanaşı, çərşənbə axşamı saat 13:30-da dərc ediləcək İngiltərənin əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

 

TRY

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.26TL-də dəstək görməkdədir. Təhlillərə əsasən, USD/TRY məzənnəsi, 5.32TL-ni də yuxarı istiqamətdə qırarsa, artım dalğası 5.36TL-yə kimi də davam edə bilər.

 

Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi riskləri, ölkə vaxlyutasına təzyiq edən əsas amillər arasındadır.

 

OIL

Avropanın Brent markalı neftinin qiyməti dəyər qazanmaqda davam edir. Enerji birjalarında artıq 66$-a təklif edilən bir barel üzrə qiymət, 68$-a kimi də dəyər qazana bilər. Bahalaşmaya səbəb, dolların valyuta birjalarında ucuzlaşmasıdır.

 

Bu həftənin cümə axşamı saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətlərində növbəti artım dalğasının şahidi oluruq. Bu gün səhər saatlarında 1325$-a (42.6 $/qram) kimi dəyər qazanan bir unsiya üzrə qiymət, cari ilin maksimum səviyyəsini - 1326$-ı (42.6 $/qram) da qırarsa, 1340$-a (43.1 $/qram) kimi də bahalaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

18.02.2019 06:33

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ