Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın idxalında böyük artım – VALYUTA XARİCƏ AXIR, SALDO AZALIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın idxalında böyük artım – VALYUTA XARİCƏ AXIR, SALDO AZALIB

2019-cu ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  2 milyard 302 milyon 364 min ABŞ dolları təşkil edib.

 

Reklam_3_11

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min ABŞ dolları ticarət reallaşıb.

 

İDXAL İXRACDAN DAHA ÇOX ARTIB

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 milyard 727 milyon 332 ABŞ dolları, o cümlədən idxal  688 milyon 625 min ABŞ dolları, ixrac 1 milyard 38 milyon 707 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ötən ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında idxal 334 milyon dollar və ya 48,5%, ixrac isə 241 milyon dollar və ya 23,2% artıb. Göründüyü kimi idxalın artması ixracın artmasını üstələyib. 

 

2019-cu ilin Yanvarında saldo 256 milyon 925 min dollar təşkil edib. 2018-ci ilin yanvarında saldo 350 milyon 81 min dollar olmuşdu (saldo 26,6% azalıb).

 

Qeyd edək ki, 2018-ci ilin ötən bir çox aylarında da Azərbaycanın aylıq ixracı 1 milyar dollardan yüksək olmuşdu.

 

İxracın artım sürətinin aşağı düşməsi neftin ucuzlaşması ilə bağlıdır.

18.02.2019 07:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ