Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"7 gün ərzində 37 sığorta ödənişi həyata keçirmişik" - SIĞORTA ŞİRKƏTİ AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
"7 gün ərzində 37 sığorta ödənişi həyata keçirmişik" - SIĞORTA ŞİRKƏTİ AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Zəlzələ günündən ötən 7 gün ərzində "Azsığorta" tərəfindən artıq 37 sığorta ödənişi həyata keçirib.Bu barədə şirkətdən "marja"ya daxil olmuş məlumatda deyilir.


"İlk 5 ödəniş isə zəlzələdən 3 gün sonra edilmişdir. 37 ödənişdən 21-i Daşınmaz Əmlakın İcbari Sığortrası üzrə, 16-sı isə könüllü növlər üzrə edilib. Bu istiqamətdə iş davam etdirilir",- məlumatda deyilir.

 

Xatırladaq ki, fevralın 5-dən 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub. Müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, "Azsığorta" fevralın 7-də bu ərazidə operativ qərargah qurmuşdur. İlk gün ərzində 30-dan çox müraciət daxil olmuşdur, daha sonra isə müraciətlərin sayı 70-ə çatmışdır.

 

"Azsığorta" üçün bu ilk belə təcrübə deyil – şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.

18.02.2019 08:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ