Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Səudiyyə Ərəbistanı "Manchester United" xəbərini təkzib edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı "Manchester United" xəbərini təkzib edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistan, bir Böyük Britaniya qəzetinin Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın Premier Liqa komandalarından "Manchester United"ı satın almaq istədiyinə dair xəbərini təkzib edib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının İnformasiya texnologiyaları naziri Turki Alshabanah, "Twitter"dən  verdiyi açıqlamada "The Sum" qəzetində çıxan xəbərin "tamamilə həqiqətdən uzaq" olduğunu bildirib.
 

Xəbərə görə, Bin Salman ilk təklifi Oktyabr ayında edib. Amma jurnalist Camal Qaşıqçı cinayətilə bağlı diplomatik qarşıdurma 4.9 milyard dollarlıq təklifin qarşısını kəsib.
 

Səudiyyəli nazir, açıqlamasında, qəzetin, klub ilə əlaqə yaradılmasını yanlış anladığını bildirib və "Klub, Dövlət İnvestisiya Fondu ilə bir reklam sponsorluq mövzusunu müzakirə etmək üçün bir toplantı keçirib. Fond, təklifləri dinlədi və hər hansı bir nəticəyə gəlmədi",- deyib.
 

"Manchester United"ın hazırkı sahibi ABŞ-ın Glazer ailəsi klubu 14 il əvvəl 790 milyon funt sterlinq qiymətlə satın alaraq 2012-ci ildə Nyu-York birjasına açmışdı.  

18.02.2019 09:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ