59 saniyəyə həyatınızı dəyişdirin

Hamımız həyatımızın hansısa bir hissəsini dəyişmək istəyirik, ancaq bunun çox zaman alacağından qorxaraq ilk addımları atmaqdan çəkinirik. Psixoloq və professor Riçard Vayzman “Həyatınızı dəyişdirəcək 59 saniyə” kitabında insanların aylar yox, dəqiqələr ərzində öz hədəflərinə çatmasına kömək edən yeni bir dəyişiklik yanaşması təqdim edir. Müxtəlif mövzuları və tədqiqatları araşdıran Vayzman bu yeni sürətli dəyişiklik elmini dəstəkləyən tədqiqatları şərh edir və həmin sürətli və maraqlı metodların gündəlik həyata necə tətbiq edilə biləcəyini təsvir edir. Müəllifin sözləri ilə desək, biraz düşünün, çox şeyi dəyişdirin.

 

Qeyd edək ki, bu kitabın məzmunu ilk dəfə olaraq Azərbaycan dilində www.readit.az saytından oxuya bilərsiniz.

 

Bu kitab pozitiv dəyişikliklər üçün bir təlimdir. Siz “Həyatınızı dəyişdirəcək 59 saniyə”  oxumaqla stressə davamlılıq, özünümotivasiya kimi xüsusiyyətləri özünüzdə yarada bilər və ya möhkəmləndirə bilərsiniz, yaxınlarınızla münasibətləri yaxşılaşdıra bilər, daha düzgün qərarlar verə bilər və özünüzü xoşbəxt hiss edə bilərsiniz.

 

Məzmundan kiçik parçanı oxuculara təqdim edirik

 

Yaradıcılıq

 

1940-cı illərin əvvəllərində reklam meneceri Aleks Osborn bir qrup insanı bir otağa yerləşdirməklə və mümkün olduğu qədər çox fikrin üzə çıxmasını təşviq edən bəzi sadə qaydalar tətbiq etməklə yaradıcılığı inkişaf etdirməyin mümkün olduğunu müdafiə edirdi. O, bu yanaşmanı müəssisələrə satarkən “insanın bir qrupla işləyərkən tək başına olduğundan iki qat daha çox fikirləşdiyini” qeyd edirdi. İllər keçdikcə, dünya miqyasında fəaliyyət göstərən şirkətlər öz əməkdaşlarını bu üsulu istifadə etməklə əsas problemləri həll etməyə istiqamətləndirib.

 

İnsanlar tək başına işlədikdə, uğur və uğursuzluqlar tamamilə öz qabiliyyətləri və səylərinə bağlıdır. Uğur qazansalar, bunun şərəfi təkcə onlara aid olacaq, ancaq uğursuzluğa düşsələr də, özləri pərt olacaqlar. Digər tərəfdən isə, prosesə başqa insanlar daxil olduqda, heç kəs çox çalışmır, hamı bir-birindən nəsə gözləyir. Çünki əgər qrup uğur əldə edərsə, şəxsi tərif almayacaqlar və uğursuzluğa düçar olarsa, günahlandırmağa kimisə tapacaqlar.

 

Tədqiqatçılar qrup daxilində beyin fırtınasının vəziyyətini və effektini yoxlamaq üçün böyük bir təcrübə həyata keçirdir. Təcrübə zamanı bir qrup insan seçilir. Onların yarısı “qrup şəklində işləmək” üçün bir otağa, digərləri isə ayrı – ayrı otaqlara yerləşdirilir. Onlarin hamısına hansısa bir məsələ ilə bağlı fikirlər irəli sürmək tapşırılır. Sonda tədqiqatçılar müxtəlif şəraitlərdə təklif olunan fikirlərin sayını hesabladılar və keyfiyyətini dəyərləndirdilər. Bu cür tədqiqatlar adətən qrup beyin fırtınasının tək başına işləyən fərdlərdən daha az fikir yaratdığını göstərir. Məsələn, Kentenberidəki Kent Universitetində işləyən Bryan Mullen və həmkarları qrup beyin fırtınasının effektivliyini öyrənən 20 təcrübəni analiz ediblər. Bu zaman tək başına işləyən fərdlərin qrup şəklində fikir yaradan fərdlərdən daha çox və daha keyfiyyətli fikirlər yaratdığını müəyyənləşdiriblər.

 

Tədqiqatlar bu fenomenin bir çox fərqli vəziyyətlərdə üzə çıxdığını göstərir. Məsələn, insanlardan səs çıxarmalarını istəsəniz, tək başına qrup halında olduğundan daha çox səs çıxararlar. Yaxud onlardan hansısa mövzuda fikir bildirməyini istəsəniz, qrup daxilində olduğundan daha yaradıcı olarlar. Bu vəziyyət Amerika, Hindistan, Tayland və Yaponiya da daxil olmaqla, dünyanın hər tərəfində həyata keçirilən tədqiqatlar zamanı özünü göstərir.

 

Odur ki, gələn dəfə işlə bağlı yaradıcı fikirlər almaq istəsəniz, fərdi şəkildə düşünmələri üçün işçilərə şərait yaradın və nəticələrdən məmnun qalın.

 

Yeri gəlmişkən, hal-hazırda Readit saytında 95 kitabın məzmunu yerləşdirilib. Siz sayta abunə olaraq bütün kitabların məzmunlarını abunə müddətində oxuya bilərsiniz. Qeyd edək ki, əgər 6 aylıq abunə alsanız, “Daha ağıllı ol!” kitabının çap versiyası sizə çatdırılma ilə bir yerdə hədiyyə olunacaq.

 

Abunə paketləri => http://readit.az/az/subscribe/private

18 Fevral 2019 , 12:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin