Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

S&P "Azərenerji"nin reytinqini təsdiqləyib, proqnoz "neqativ"dir

iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P "Azərenerji"nin reytinqini təsdiqləyib, proqnoz "neqativ"dir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Standard&Poor`s Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli və qısamüddətli korporativ kredit reytinqini "BB/B" səviyyəsində təsdiqləyib. Agentliyin yaydığı məlumata görə, reytinqlər üzrə proqnoz neqativdir.

 

Reklam_3_11

S&P reytinqin bu səviyyədə təsdiqləməsinin əsas səbəbi kimi şirkətin dövlətlə sıx əlaqələrinin qalması ilə əlaqədardır: "İndiyədək dövlət "Azərenerji" ASC-yə likvidlik çatışmazlığı, həmçinin xarici öhdəliklərin yerinə yetirilməsi zamanı zəruri dəstəyi verib. Bizim proqnozlarımıza görə, bu praktika davam etdiriləcək".

 

Agentlik qeyd edir ki, 2016-cı ilin sonuna "Azərenerji" ASC-nin xarici öhdəliklərinə (borclarına) dövlət zəmanəti verilib. "Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, hökumət dövlət şirkətinə 2016-2025-ci illərdə kreditlərin ödənişi üçün zəruri maliyyə dəstəyi verəcək. Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, 2017-ci il dövlət büdcəsindən "Azərenerji" ASC-nin nizamnamə kapitalının artırılması və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulub. İnanırıq ki, Maliyyə Nazirliyi "Azərenerji" ASC tərəfindən xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir".

 

© APA

02.03.2017 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ