Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

11 milyard dollar qazancına baxmayaraq, mənfəət vergisi ödəməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 milyard dollar qazancına baxmayaraq, mənfəət vergisi ödəməyib

Dünyanın ən varlı adamı Jeff Bezos tərəfindən qurulan və idarə olunan "Amazon"un, keçən il 11 milyard mənfəət əldə etməsinə baxmayaraq mənfəət vergisi ödəmədiyi ortaya çıxıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Amerikan Vergiqoyma və İqtisadi Siyasəti İnstitutu (ITEP) tərəfindən açıqlanan hesabata görə, dünyanın ən böyük elektron ticarət şirkəti "Amazon", iki il ardıcıl federal gəlir (mənfəət) vergisini ödəməyib.

 

Donald Trampın istehsal və məşğulluğu xarici ölkələrdən ABŞ-a transfer etmək üçün imzaladığı Vergi Güzəştləri və Məşğulluq (TCJA) qanununa görə, 35% olan vergi nisbəti 21%-ə endirilərək şirkətlərə ciddi bir vergi endirimi təmin edilmişdir.

 

Son rübdə 72.4 milyard dollar gəlir əldə edən və 2018-ci ildə 11.2 milyard dollar mənfəət açıqlayan "Amazon"  21% nisbətində vergini ödəməməyi bacararaq sıfır mənfəət vergisilə ili bağlayıb.

 

Yaxşı bu necə ola bilər?

 

"Yahoo"nun xəbərinə görə, Federal Vergi İdarəsinin (ITEP) direktoru Steve Wamhoff, "Tam olaraq nə etdiklərini bilmək çətindir. Rəsmi sənədlərdə vergi strategiyalarını açıqlamırlar. Vergi endirimləri qeyri-müəyyəndir. Bu səbəbdən şirkətin nədən faydalandığı naməlumdur" ifadələrini istifadə edib.

 

"Amazon", 2017-ci ildə açıqladığı 5.6 milyard dollarlıq mənfəətdən də heç vergi ödəməmişdi. Mütəxəssislər bu vəziyyətin yeni qanundakı boşluqlardan qaynaqlana biləcəyini qeyd edirlər.

 

"Amazon" verdiyi açıqlamada, həm ABŞ, həm də fəaliyyət göstərdiyi digər ölkələrdə ödənməsi lazım olan hər cür verginin ödəndiyini qeyd edib.

 

ABŞ Prezidenti Donald Tramp isə ötən aylarda "Amazon" və qurucusu, dünyanın ən varlı adamı Cef Bezosu az vergi ödədiyinə görə sərt bir şəkildə tənqid etmişdi. Tramp, yeni vergi qanununda bütün xüsusi təşviqlərin ləğv ediləcəyini və boşluqların aradan qaldırılacağını açıqlamışdı. 

 

Mütəxəssislər yalnız "Amazon"un deyil, "Netflix"in də federal vergini ödəmədiyini, nümunələrin artırıla biləcəyini qeyd edirlər. 

 

22 trilyon dollar dövlət borcu ilə rekord qıran ABŞ-ın, vergi gəlirlərindəki azalma səbəbilə büdcə kəsirin artdığına da diqqət çəkilir.

18.02.2019 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ