Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni Honda Accord - indi üstün güc, üstün texnologiya vəd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Honda Accord - indi üstün güc, üstün texnologiya vəd edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Honda-nın çoxdan gözlənilən əfsanəvi sedanı Accord artıq Azərbaycandakı rəsmi distributerin salonlarında satışdadır.

 

Reklam_3_11

Yeni Honda Accord yapon keyfiyyəti və avropasayağı dizaynı ilə hər kəsə istədiyini verəcək. Belə ki, budəfəki Accord həm güc, həm də texnologiya baxımından öz sələfini üstələyir.

 

Yenilənmiş avtomobil ilk növbədə rəqibsiz idarəetmə göstəriciləri ilə fərqlənir. Güclü turbo mühərrik seçimləri bunun sübutudur: 2.0L (247 at/g) və ya 1.5L (198 at/g). Düyməli 10 pilləli avtomatik sürət qutusu da avtomobilin təkrarolunmaz xüsusiyyətlərindəndir. Həmçinin, Econ və Sport rejimləri sayəsində sürücü istədiyi idarəetmə üslubunu seçir. Econ rejimini seçərək sakit və qənaətcil, Sport rejimi ilə aqressiv və idmansayağı idarəetmədən zövq ala bilər. Yolda lazım olan informasiya isə əhatəli və mükəmməl dairəvi görünüşlü alətlər panelində əks edilərək sürücü üçün əlçatan olur.

 

Yenilənmiş sedanın interyerində bir sıra modifikasiyalar və xoş əlavələr nəzərə çarpır. Əvvəla, salondakı dəyişikliklər təkər karkasının ölçüsünün böyüməsi ilə əlaqəlidir, bu isə arxa sıradakı sərnişinlərə daha böyük məkan verir. İkinci sıradakı sərnişinlərin ayaqları üçün 51 mm-lik geniş aralıq əldə edilib. Həmçinin, baqajın həcmi də 447-dən 473 litrə çatıb.

 

Avtomobilin daha dözümlü və təhlükəsiz korpusu geniş və müasir salonu etibarlı şəkildə qoruyur. Avropasayağı eksteryerin incəliyi xromla işlənmiş qapı tutacaqları və kuzov rəngində yan güzgülər, LED işıqlarla vurğulanır. İnteryerdə isə dəri örtüklü, qızdırılan və havalandırılan oturacaqlar komfortun təminatçısıdır. Yeni Accord-un texnoloji tərtibatı müasir tələblərə cavab verəcək şəkildə hazırlanıb. Sensorlu 8” mərkəzi displey, Apple CarPlay və Android Auto sistemləri və 10 səsgücləndirici ilə premium audiosistem bu avtomobildə səfərləri daha əyləncəli edir.

 

Bunlarla yanaşı, yeni Honda Accord çoxfunksional sükan, açarsız daxilolma, arxa görüntü kamerası, 2-zonalı klimat kontrol və s. xüsusiyyətlərlə təchiz edilib.

 

Yenilənmiş Honda Accord-la tanış olmaq və ya  daha ətraflı məlumat almaq üçün Honda-nın Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.

 

Honda Avtomobil Mərkəzi

Bakı-Sumqayıt şossesi 6-cı km

Tel: (012) 349 00 00

http://www.honda.az/auto/newaccord

 

19.02.2019 11:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ