Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan iqtisadiyyatı 2019-a 3%-ə yaxın artımla başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı 2019-a 3%-ə yaxın artımla başlayıb

2019-cu ilin ilk ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 5 milyard 929,5 milyon manat təşkil etmişdir.

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Yanvar ayında iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz, qeyri-neft sektorunda isə 2,7 faiz artmışdır.

 

ÜDM istehsalının 45,9 faizi sənayedə, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5,6 faizi tikintidə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 17,2 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,4 faizini təşkil etmişdir.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manata bərabər olmuşdur

 

Sənaye

 

2019-cu ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,4 faiz artaraq 3,8 milyard manat təşkil etmişdir. Sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin yanvar ayı ilə müqayisədə 13,8 faiz, neft sektorunda isə 2,1 faiz artmışdır. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma, 22,0 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,5 faiz olmuşdur. Ümumi istehsalın 91,2 faizi sənaye məhsullarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

 

Kənd təsərrüfatı

 

 2019-cu ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 313,1 milyon manat təşkil etmişdir ki, onun da 301,6 milyon manatı heyvandarlıq, 11,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 43,6 faiz, heyvandarlıq məhsulları üzrə isə 1,2 faiz artmışdır.

18.02.2019 15:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ