Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda yığılan 190 avtomobil anbarlarda qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yığılan 190 avtomobil anbarlarda qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında Azərbaycanda 89 ədəd minik avtomobili istehsal edilib. 2017-ci ilin Yanvarında Azərbaycanda minik avtomobili istehsal edilməmişdi.

 

01.02.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 190 ədəd təşkil edib.

 

Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılıb. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).

 

2019-cu ilin Yanvarında 188 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar ayı ilə müqayisədə traktor istehsalı 2,8 dəfə artıb. Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

 

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur.  Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.

 

Emin Axundov  Fevralın 11-də  bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm, rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin Yanvarında Azərbaycanda cəmi 1058 ədəd minik avtomobili istehsal edilib.


Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri istehsal edir. 

18.02.2019 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ