Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankda növbəti təyinatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda növbəti təyinatlar

Azərbaycan Beynəlxalq Bankında kadr islahatları davam etdirilir. "Marja" xəbər verir ki, Bankın menecment komandasına 3 yeni şəxs qoşulub. Onlar Ülvi Qasımov, Zamiq İsaoğlu və Eldar Xəlilovdur.

 

Ülvi Qasımov ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş Ü.Qasımov Bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir. Kreditləşmə fəaliyyəti sahəsində böyük təcrübəsi var. Son təyinata qədər “Unibank” ASC-də çalışıb. O, ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

 

Zamiq İsaoğlu da ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin, Türkiyənin 9 Eylül Universitetinin və Mərmərə Universitetinin məzunu, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Z.İsaoğlu 2010-cu ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər “Azər-Türk-Bank” ASC-də daxili nəzarət meneceri olub. Audit və bank fəaliyyətinin digər bir sıra sahələri üzrə zəngin təcrübəyə malikdir. Z.İsaoğlu ABB-nin fəaliyyətinə korporativ idarəetmə istiqamətində dəstək göstərəcək.

 

Eldar Xəlilov isə Bankın İnsan resursları departamentinə karyera planlanması və işəqəbul meneceri olaraq təyin edilib. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirmiş Eldar Xəlilov 2010-cu ildən Azərbaycanın müxtəlif aparıcı şirkətlərində bu sahədə fəaliyyət göstərib. Son təyinata qədər “Paşa Bank” ASC-nin karyera planlanması və işəqəbul meneceri olub. ABB-ə bu sahədə müasir bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlbində məqsəd Bankda işə qəbulun tam şəffaf mexanizminin qurulması, vakant vəzifələrin tutulması üçün bütün namizədlərə bərabər imkanların yaradılmasıdır. Xatırladaq ki, artıq bu ilin fevralından ABB öz vakansiyalarını namizədlər üçün elan etməyə başlayıb.

 

ABB-də digər maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri də intensiv şəkildə davam etdirilir. Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun rəhbərlik etdiyi idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş vəzifələri yerinə yetirməkdir.

02.03.2017 07:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ