Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əmanətçilərin və bankların maraqla gözlədiyi qanun qəbul edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətçilərin və bankların maraqla gözlədiyi qanun qəbul edildi

Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklər edib. Sənədə əsasən, əmanətlərinin tam sığortalanması müddəti daha bir il - 2020-ci il martın 4-dək uzadılır.


 

Azərbaycanda əhalinin banklara əmanət yerləşdirməsini stimullaşdırmaq üçün bütün qorunan əmanətlərin sığortalanması müddəti artırılır.

 

Bununla bağlı "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilib.

 

Bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq. Mövcud qanunda isə bu müddət 3 ildir. Yəni əmanətlərin tam sığortalanması müddəti 1 il artırılır.

 

2016-cı il 4 mart tarixindən qüvvədə olan "Əmanətlərin sığortalanması haqqında" qanunun müddəti 2019-cu ilin martın 4-də bitir. Qanunun qüvvədə olma müddətinin bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

 

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq qəbul edilib.

19.02.2019 10:46

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ