“Göygöl Şərab Zavodu”nun şərabları medallara layiq görülüb
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 11-15 fevral tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgidə nümayiş olunub.
Sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, məhsullarımız sərgi təşkilatçıları və xarici şirkətlər tərəfindən yüksək qiymətləndirilib.
Belə ki, sərgi zamanı təşkil olunmuş “Prodexpo International Wine Competition and Guide” müsabiqəsində “Göygöl Şərab Zavodu”nun istehsalı olan şərablar - “Karabakh Chardonnay” qızıl, “Karabakh saperavi” gümüş, “Karabakh rose” bürünc medala, “İlin məhsulu 2019” beynəlxalq müsabiqəsində isə “Ləzzət qida sənaye” MMC-nin “Lay-Lay” qənnadı məhsulu qızıl medala layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
3 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
5 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl