Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Moskvada sərgidə iştirak etmiş 31 Azərbaycan şirkətindən 7-si yeni müştəri tapıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moskvada sərgidə iştirak etmiş 31 Azərbaycan şirkətindən 7-si yeni müştəri tapıb

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  Azərbaycan məhsulları  11-15 fevral tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgidə nümayiş olunub.

 

Sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.

 

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, sərgidə Azərbaycan məhsullarının ixracına dair danışıqlar aparılıb, razılıqlar əldə olunub.

 

Belə ki, “Aqro-Azərinvest” şirkəti nar şərabının, “Sunfood” şirkəti konservləşdirilmiş məhsulların ixracına dair, habelə “Naiqin Ko-Tovuz Baltiya” şirkəti Qazaxıstan və Çindən olan şirkətlərlə nar və heyva şərabının ixracına dair 2 müqavilənin imzalanması barədə razılıq əldə edib.

 

Baku Konserv” şirkəti isə Kalininqrad şəhərində yerləşən iri ticarət şəbəkəsi ilə meyvə şirələri və mürəbbələrin ixracına dair razılığa gəlib.

 

Buta Aqro” şirkəti istehsal etdiyi məhsulların ixracına dair Belarusda fəaliyyət göstərən iri restoran şəbəkəsi və Novosibirskdə fəaliyyət göstərən mağazalar şəbəkələri ilə danışıqlar aparıb.

 

Binə Aqro” və “Crispa” şirkətləri Rusiyadan olan distribüter şirkətləri və bir sıra iri ticarət şəbəkələri ilə məhsullarının satışı barədə danışıqlar aparıblar.

19.02.2019 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ