Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İş adamlarının dəstəyi ilə kəndin içməli su problemi həll olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamlarının dəstəyi ilə kəndin içməli su problemi həll olunur

Rusiya Federasiyasında yaşayan, əslən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə Şəmkir rayonunun ən böyük yaşayış məntəqəsi olan və 10 min sakinin yaşadığı Zəyəm Cırdaxan kəndinə yeni su xəttinin çəkilişinə başlanılıb.

 

Şəmkirin bu vaxta qədər içməli su ilə tam təmin edilməyən yaşayış məntəqələrindən olan Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir.

 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və layihənin təşkilatçısı, Rusiya Federasiyasının Tümen şəhərində Azərbaycan diaspor təşkilatının sədri Füzuli Burcuyev görüləcək işlərlə tanış olmaq üçün ərazidə olublar. 

 

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Zəyəm Cırdaxan kəndinə yeni su xəttinin çəkilişini, eləcə də bu vaxta qədər Şəmkir rayonunda yerli sahibkarlar tərəfindən icra edilən sosial layihələri iş adamlarının dövlətin sosialyönümlü siyasətinə dəstək, həmçinin hər bir imkanlı şəxsin vətənə və mənsub olduğu xalqa xidməti, vətəndaşlıq nümunəsi kimi dəyərləndirib.

 

İş icraçıları məlumat veriblər ki, Zəyəm Cırdaxan kəndinə 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi ilə kəndin su təchizatında olan problemlər tamamilə aradan qaldırılacaq.

19.02.2019 15:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ