Mobil manşet üstü reklam_21

"Mənzil almış şəxs rəhmətə gedir, amma vərəsəsi həmin mənzili götürə bilmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mənzil almış şəxs rəhmətə gedir, amma vərəsəsi həmin mənzili götürə bilmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman istismara qəbul edilməmiş binalarda yaşayan sakinlərin bir çox problemlərini birdəfəyə həll edəcəkdir”.

 

“Marja” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

 

Komitənin sədr müavininin sözlərinə görə, “kupça” olmadığından əmlak sahibləri bir sıra hüquqlardan istifadə edə bilmirdilər:

 

“400-ə yaxın hündürmərtəbəli bina bu və ya digər səbəbdən istismara qəbul olunmurdu və illərlə uzanırdı. Halbuki, həmin binalarda insanlar illərdir yaşayırlar; kommunal xidmətlərdən istifadə edirlər, orada övladları dünyaya gəlir. Binaların istismara qəbul edilməməsi vətəndaşlar üçün böyük problemlər yaradırdı. Vətəndaşlar pasport qeydiyyatına düşə bilmirdilər. Pulunu ödədikləri əmlaklarından tam hüquqlu istifadə edə bilmirdilər. Təsəvvür edin, pulunu ödəyib mənzil almış şəxs rəhmətə gedir, amma onun sənədi olmadığından vərəsəsi əmlakı götürə bilmir. Problemlər çoxdur. Bu gün Prezidentin imzaladığı Fərman çox əhəmiyyətlidir. Minlərlə insanın probleminin birdəfəyə həllidir”.

 

Rafiq Cəlilov əlavə edib ki, Fərman, sahibkarların ilin sonunadək binalarını istismara qəbul etdirmələri üçün bir fürsətdir:

 

"Bu Fərman sahibkarlar üçün də bir fürsətdir. Onların da müxtəlif səbəbləri olurdu. Fərman onlara imkan verir ki, binaların istismara qəbul edilməsi üçün əllərindən gələni etsinlər”.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu ilin 1 Yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.

19.02.2019 19:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ